Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edildi

Baxış: 172
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edildi


Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət mətni hazırlayıb.
Sahibkartv.az” xəbər verir ki, parlamentin payız sessiyası üzrə bu gün keçirilən son plenar iclasının gündəliyinə Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında məsələ daxil edilib.
Sahibə Qafarova bildirib ki, hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Milli Məclis soydaşlarımıza və həmvətənlərimizə müraciət edir və gündəliyin sonuncu məsələsi məhz Milli Məclisin Müraciəti ilə bağlıdır.
Spiker müraciətin mətninin hazır olduğunu bildirib və onu səsləndirmək üçün deputat Samir Vəliyevə söz verib.
S.Vəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciətini oxuyub.
Sonra Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Milli Məclisinin müraciəti səsə qoyularaq qəbul edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.