Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Səfir: COP29 vasitəsilə qlobal problemi həll etmək üçün Azərbaycanla birlikdə səylər göstərməkdən qürur duyuruq

Baxış: 196

Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci il sentyabrın 1-də qurulub. O vaxtdan etibarən biz iki ölkənin rəhbərliyi ilə ikitərəfli münasibətlərdə çoxsaylı nailiyyətlərin, inkişafın, uğurların şahidi olmuşuq.

Bu sözləri Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə BƏƏ-nin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi söyləyib. 

Səfir iki ölkə arasında imzalanmış çox mühüm sənəd - Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunu xüsusi vurğulayıb.

O diqqətə çatdırıb ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin möhkəm iradəsi sayəsində dostluq-qardaşlıq münasibətlərimiz möhkəm təməl üzərində inkişaf edir.

BƏƏ-nin iri şirkətləri olan “Masdar” və ADNOC tərəfindən Azərbaycanda mühüm layihələrin həyata keçirildiyini qeyd edən səfir Məhəmməd Əl Bluşi bildirib ki, COP29 vasitəsilə qlobal problemi - iqlim dəyişikliyini həll etmək üçün birlikdə səylər göstərməkdən qürur duyuruq. “BƏƏ bütün təcrübəsi ilə Azərbaycanı dəstəkləyir. Bir daha əziz Azərbaycanı bu mühüm beynəlxalq tədbirə ev sahibliyi etməsi münasibətilə təbrik edirik”, - deyə diplomat vurğulayıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.