Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Leykoz diaqnozlu yeniyetmə həyata qaytarıldı

Baxış: 126

2 həftə əvvəl ağır vəziyyətdə Məlhəm Beynəlxalq Hospitalın Uşaq Reanimasiya şöbəsinə yerləşdirilən yeniyetməyə T hüceyrəli leykoz diaqnozu qoyulub.

Müalicə prosesində leykoz xəstələrində ən təhlükəli ağırlaşmalardan biri hesab edilən “Tumör Lizis Sindromu” inkişaf edib. Mərkəzə qəbul zamanı pasiyentin leykosit göstəricisi 600 min/ml-dən qısa müddətdə sıfıra enib. Bu isə qanda fosforun kəskin yüksəlməsinə, kalsiumun ciddi azalmasına və “Uzun QT” adlanan ağır ürək ritm pozğunluğuna səbəb olub. Nəticədə xəstədə ürək fəaliyyəti tam dayanıb (kardiak arrest).

Məlhəm Beynəlxalq Hospitalın Uşaq Reanimasiya komandasının operativ müdaxiləsi nəticəsində yeniyetmənin həyatı xilas edilib. İlqar 4 gün ərzində stabilləşdirilərək kritik vəziyyətdən çıxarılıb, həyati təhlükə aradan qaldırılıb və  kimyaterapiya müalicəsinə başlanılıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.