14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, qətnamə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqəti çəkir.
Bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğu vurğulanır.
Koronavirus pandemiyası başlayandan bu yana Azərbaycan xəstəliyə qarşı qlobal mübarizəyə əhəmiyyətli töhfələr verib. Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımı edib, 30-dan çox ölkəyə köməklik göstərib.
Ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizə mövzusunda dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Bu, beynəlxalq ictimaiyyətin əlaqələndirilmiş birgə fəaliyyətinə böyük töhfə verib.
Ümumiyyətlə Azərbaycan Prezidenti öz çıxışlarında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı fikirlərini bölüşüb və bu istiqamətdə birgə səylərin önəmini qeyd edib. Prezident qeyd edib ki, bəzi dövlətlər öz tələbatlarından bir neçə dəfə çox vaksin alır və nəticədə inkişaf etməkdə olan dövlətlər vaksin çatışmazlığı problemi ilə üzləşəcək.
Məhz bu çıxışlardan sonra ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamə Qoşulmama Hərəkatı adından irəli sürülüb və 2021-ci il 23 mart tarixində qəbul edilib.
Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib. Bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir.
Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün uzun müddətdir ki, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində danışıqlar aparılırdı.
Azərbaycan vaksinlərin ədalətli bölgüsü və əlçatanlığı məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdən biri olub.
Amma COVAX tərəfindən Azərbaycana eyni səviyyədə dəstək göstərmir. COVAX bildirib ki, öncədən razılaşdırılmış qaydada vaksinlər ölkəmizə təhvil veriləcək. Lakin müəyyən olunan vaxtdan xeyli müddət keçməsinə baxmayaraq hələ də COVAX tərəfindən Azərbaycana vaksin təqdim edilməyib. Son günlər məlumat verilib ki, COVAX çərçivəsində Azərbaycana vəd ediləndən daha az sayda vaksin veriləcək və hətta bunun da nə vaxt veriləcəyi məlum deyil.
Bununla belə qonşumuz olan Gürcüstana COVAX tərəfindən artıq ilk partiya vaksinlər çatdırılıb.
Görünən odur ki, hətta vaksin kimi önəmli səhiyyə məsələsində də ikili standartlara yol verilir, bu isə COVAX-a olan etibarı heçə endirir.
Azərbaycan dövləti COVAX təşəbbüsünə ilk qoşulan ölkələrdən olsa da, öz işini sığortalayıb. Artıq Çindən lazımi sayda keyfiyyətli vaksinin vaxtında tədarükü təmin edilib. Artıq yarım milyona yaxın vətəndaşımıza vaksin vurulub və proses hər gün uğurla davam edir. Cənubi Qafqazda ilk vaksinasiya kampaniyasına başlayan ölkə məhz Azərbaycan olub.
Bölməyə aid digər xəbərlər