Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır

Baxış: 234


Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır


Hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır.
Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
Onun sözlərinə görə, ölkədə müşahidə olunan dərman qıtlığı ilə bağlı məsələnin həlli vacibdir: “Müvafiq qurumlarla danışıqlar aparılan zaman Nazirlər Kabinetində dərman vasitələri haqqında yeni sənədin hazırlandığı bildirilir. Hətta Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı həmin sənədin hazırlanmasında təcrübəli şəxslərin fikirlərinin öyrənilməsinə diqqət çəkmişdi. Yəqin ki, sənəd hazırlanır və lazımi mərhələdə komitə üzvləri də dəvət olunacaq. Hesab edirəm ki, bu işlər dərmanların Azərbaycana gətirilməsini sadələşdirəcək və bundan sonra qiymətlərin də aşağı düşməsi mümkün ola bilər”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.