Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 128 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 56 , pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 12 nəfərdir.

































