Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qida və yem məhsullarının Azərbaycandan tranzit daşınmasına hansı hallarda icazə verilməyəcəyi məlum olub

Baxış: 382
Qida və yem məhsullarının Azərbaycan ərazisindən tranzit daşınmasına hansı hallarda icazə verilməyəcəyi məlum olub.
Məlumata görə, həmin hallar yeni hazırlanan “Qida təhlükəsizliyi haqqında” qanun layihəsində əksini tapıb

Belə ki, aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilməyəcək:
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən xüsusi təhlükəli insan və heyvan xəstəliklərinin, zərərverici orqanizmlərin yayılması səbəbindən xarici ölkələrdən idxal olunan qida və yem məhsullarına dair qadağa və digər məhdudlaşdırıcı tədbirlər barədə qərarlar qəbul edildikdə;
- məhsulların daşındığı nəqliyyat vasitələrinin yük yerləri üzərində gömrük plombları toxunulmaz və bütöv olmadıqda;
- məhsullara dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq təşkilatların tövsiyələrinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə əsasən tərtib olunmuş nümunəvi formaya uyğun sənədlər (sertifikatlar) təqdim edilmədikdə.
Eyni zamanda qida və yem məhsulları gətirildiyi nəqliyyat vasitəsindən boşaldılaraq gömrük anbarında saxlandıqda, digər bir və ya bir neçə nəqliyyat vasitəsinə yükləndikdə, həmin məhsulların tranzit daşıması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilməlidir.
Qeyd edək ki, yeni qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin martın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.