Day, Month 00, Year
00: 00: 00 AM

Toyota qlobal liderliyini qoruyub saxladı

Toyota 2021-ci ildə 10,5 milyon ədəd avtomobil sataraq 2020-ci ildə ən çox satış edən avtomobil şirkəti adını qoruyub. Sahibkartv.az xəbər verir ki, Toyota-nın ardınca 8,88 milyon avtomobil satışı ilə Volkswagen gəlir.
Toyota-nın 2021-ci ili də ən çox satış edən avtomobil şirkəti olaraq başa vurması, Yapon şirkətin keçən il tədarük böhranı zamanı istehsalı davam etdirmək bacarığını da əks etdirir.
Şirkətin yaydığı məlumatda, Daihatsu Motor Co. və Hino Motors Ltd. şirkətlərinin rəqəmlərinin də yer aldığı Toyota-nın qrup satışları 10 faiz artaraq 10,5 milyon ədədə çatıb.
Digər nəhəng Volkswagen AG isə ümumilikdə 8,88 milyon avtomobil satıb. 2020-ci ildə beş illik fasilədən sonra ən çox satışa malik qrup olan Toyota, 2021-ci ildə də bu titulu qoruyub.
Bu satış rəqəmləri, bağlanmalardan çip böhranına qədər bir çox problemin olduğu bir ildə şirkətin təchizat zəncirinin idarəçiliyində uğurunu göstərir.
Digər tərəfdən, Volkswagenin 2021-ci ildə satışları təchizat problemi səbəbindən son on ildə ən aşağı səviyyəni görüb.


Tarix: 28-01-2022, 19:28 Oxunub: 188


Bölməyə aid digər xəbərlər