Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ötən il Azərbaycanda təxminən 1,9 milyon ton buğda istehsal edilib

Baxış: 380
2021-ci ildə istehsal olunmuş dənlilərin və dənli paxlalı bitkilərin 1 milyon 885,4 min tonunu və yaxud 56,1 faizini buğda təşkil etmişdir.

Marja xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2021-ci il üzrə hesabatında bildirilir.
Qeyd edilib ki, buğdanın məhsuldarlığı 32,9 sentner olmuşdur.
Bundan əlavə, 1 milyon 62 min ton və ya 2020-ci ilə nisbətən 2,3 faiz çox kartof, 1 milyon 815,5 min ton (4,4 faiz çox) tərəvəz, 459,9 min ton (2,6 faiz çox) bostan məhsulları, 1 milyon 204,9 min ton (6,3 faiz çox) meyvə və giləmeyvə, 209,8 min ton (0,9 faiz çox) üzüm, 1177,7 ton (26,4 faiz çox) yaşıl çay yarpağı, 25,8 min ton (4,2 faiz çox) günəbaxan, 286,7 min ton (14,9 faiz az) pambıq, 193,2 min ton (23,7 faiz az) şəkər çuğunduru və 6,4 min ton (7,7 faiz az) tütün yığılmışdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.