Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Teslanın "Çin istehsalı" elektromobil satışında rekord

Baxış: 387
ABŞ-ın elektrikli avtomobil (elektromobil) istehsalçısı Tesla, dekabr ayında, Şanxayda istehsala başladığı 2019-cu ildən bəri ən böyük aylıq satış göstəricisinə çatıb.
Marja xəbər verir ki, Tesla, dekabr ayında 70 min 846 elektromobil satışı ilə Şanxayda istehsala başladığından bəri ən yüksək aylıq satışa nail olub. Beləliklə, Tesla-nın dekabr satışı keçən ilin eyni ayı ilə müqayisədə təxminən üç dəfə artıb və noyabr ayı ilə müqayisədə isə 34% çox olub.
Reuters-in Çin Sərnişin Avtomobil Assosiasiyasının məlumatlarına əsaslanan hesablamasına görə, Teslanın "Çin istehsalı" cəmi avtomobil satışı keçən il təxminən 473 min 78 ədədə yüksəlib.
2019-cu ilin sonunda istehsala başlayan Şanxay zavodu Almaniya və Yaponiya kimi bazarlar da daxil olmaqla yerli və beynəlxalq bazarlar üçün Model 3 və Model Y elektromobillərini istehsal edir.
Çip və akkumulyator problemlərinə baxmayaraq, Şanxay zavodu ayda orta hesabla 42 min ədəd vasitə istehsal edir. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.