Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlar Qarabağın hansı ərazisində biznes qurmaqda maraqlıdırlar? - RƏSMİ

Baxış: 297

Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaqla bağlı İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olmuş 929 müraciətin 441-i investisiya layihələri, 488-i isə podrat əsaslı layihələrlə bağlı olub.
Bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda deyib.
O, həmçinin bildirib ki, müraciətlərin 27 faizi tikinti, yenə də 27 faizi ticarət və xidmət, 20 faizi sənaye, 18 faizi kənd təsərrüfatı, 8 faizi isə turizm, səhiyyə, təhsil, mədəniyyət, logistika sahələrini əhatə edib.
Bundan başqa, müraciətlərin 111-i Şuşa, 108-i Ağdam, 62-si Füzuli, 49-u Kəlbəcər, 25-i Xocavənd, 25-i Cəbrayıl, 28-i Zəngilan, 21-i Qubadlı, 13-ü isə Laçına investisiya yatırılması ilə bağlı olub. 485 müraciətçi isə Qarabağın istənilən ərazisində biznes qurmaqda maraqlı olduğunu bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.