22:14 / 18-01-2025
18:11 / 18-01-2025
17:39 / 18-01-2025
17:15 / 18-01-2025
16:51 / 18-01-2025
16:45 / 18-01-2025
16:30 / 18-01-2025
16:14 / 18-01-2025
16:00 / 18-01-2025
15:29 / 18-01-2025
15:27 / 18-01-2025
13:35 / 18-01-2025
12:30 / 18-01-2025
12:21 / 18-01-2025
12:17 / 18-01-2025
11:26 / 18-01-2025
11:14 / 18-01-2025
11:10 / 18-01-2025
10:18 / 18-01-2025
10:18 / 18-01-2025
10:13 / 18-01-2025
10:07 / 18-01-2025
22:14 / 17-01-2025
21:46 / 17-01-2025
21:17 / 17-01-2025
21:00 / 17-01-2025
20:45 / 17-01-2025
20:43 / 17-01-2025
20:24 / 17-01-2025
2021-ci il, noyabrın 25-də Türkiyənin Tekirdağ Əmtəə Birjasının İdarə heyətinin sədri Osman Sarı və Birjanın Şura sədri Ahmet Fuat Uzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) görüş keçirilib. Heyətin tərkibində əsasən Tekirdağ bölgəsində kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən sahibkarlar təmsil olunurdular.
Görüş zamanı Osman Sarı birja haqqında məlumat verərək, ölkəmizdə kənd təsərrüfatı və qida sektoru üzrə mövcud olan imkanlarla maraqlanıb. ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və Baş katibin müavini Fuad Hümbətov Konfederasiyanın fəaliyyəti, ölkəmizdə kənd təsərrüfatının əkinçilik, meyvəçilik, heyvandarlıq, quşçuluq və digər spesifik istiqamətləri üzrə nümayəndə heyətini maraqlandıran sualları cavablandırıblar.
Həmçinin, işğaldan azad olunmuş Qarabağ bölgəsində aparılan quruculuq işləri və orada kənd təsərrüfatı sektorunda mövcud olan imkanlar barədə təqdimatlar qonaqların diqqətinə çatdırılıb.
Bununla yanaşı, ölkə Prezidenti cənab İlham Əliyevin regional və beynəlxalq arenada mövcud olan siyasi iradəsi sayəsində yaxın zamanda açılmış olacaq “Zəngəzur dəhlizi”nin iqtisadi baxımdan Türk dünyası üçün əhəmiyyəti vurğulanıb.
Görüşdə maraqlı biznes layihələri üzrə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.
Bölməyə aid digər xəbərlər