21:49 / 23-11-2024
21:18 / 23-11-2024
20:45 / 23-11-2024
20:23 / 23-11-2024
19:42 / 23-11-2024
19:16 / 23-11-2024
18:52 / 23-11-2024
18:18 / 23-11-2024
17:21 / 23-11-2024
16:46 / 23-11-2024
16:00 / 23-11-2024
15:30 / 23-11-2024
14:16 / 23-11-2024
13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin bu il istifadəyə verilən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu başa çatıb. Mövsüm ərzində məntəqəyə istehsalçılardan 5 min 387,8 tonadək yaşıl tütün kütləsi daxil olub.
Bu barədə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, cəmiyyət tərəfindən builki mövsümdə Zaqatala rayonunda 300 hektar, Qaxda 365 hektar, Şəkidə 35 hektar olmaqla, ümumilikdə, 700 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə bağlı bu rayonlarda 54 fermerlə müqavilə bağlanılıb.
Builki mövsümdə emal məntəqəsinə Qax rayonunun fermerləri 2 min 619,8 ton, Zaqatala fermerləri 2494,2 ton, Şəki fermerləri isə 273,7 ton yaşıl tütün kütləsi təhvil veriblər. İndiyədək emal məntəqəsində 580 ton quru tütün istehsal olunaraq anbara yığılıb. Bundan əlavə, Zaqatala məntəqəsinin fermerləri tərəfindən mövsüm ərzində şirkətin Şəki və Oğuz rayonlarının yerləşən məntəqələrinə də qurudulmaq üçün 350,6 tonadək yaş tütün təhvil verilib.
Hazırda emal məntəqəsində 80 kamerada yaş tütünün qurudulması prosesi davam edir. Mövsümün yekununda məntəqə üzrə quru tütün istehsalının 600 tondan çox olacağı proqnozlaşdırılır.
Emal məntəqəsindən verilən məlumata görə, artıq “Zaqatala AGRO İndustry” MMC tərəfindən Rusiya bazarlarına quru tütünün ixracına da başlanılıb. İlkin olaraq Rusiyaya 4 yük maşınında 61 tonadək quru tütün yola salınıb.
Bölməyə aid digər xəbərlər