Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiya 50 ton Azərbaycan pomidorunu geri qaytarıb

Baxış: 360

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") bu ilin noyabr ayının əvvəlindən Azərbaycan və İrandan "Viaduk" müvəqqəti saxlanc anbarına və Dərbənd dəmiryol stansiyasına daxil olan 3 3481,4 ton meyvə-tərəvəzə baxış keçirib.
"Rosselxoznadzor"un yaydığı məlumata görə, karantin fitosanitar nəzarəti zamanı təhlükəli obyektlərlə yoluxan bitkiçilik məhsullarının 6 partiyasının Rusiya Federasiyasının ərazisinə gətirilməsinə icazə verilməyib.
Qadağan edilənlər arasında Azərbaycandan pomidor (50,3 ton), həmçinin İrandan gələn gül kələmi (32,7 ton) və kahı (13,2 ton) olub. Rusiya bazarına daxil olmayan məhsulların ümumi həcmi 96,2 ton təşkil edib.
Yüklərin saxlanması üçün əsas zərərli obyektlərin aşkarlanmasını təsdiqləyən laboratoriya analizləri olub. Mallar ixrac edən ölkələrə qaytarılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.