Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

KOBİA Kiçik Biznes üzrə Beynəlxalq Şuraya üzv qəbul edilib

Baxış: 333

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznes sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və əməkdaşlığın genişləndirilməsi məqsədilə mikro, kiçik və orta sahibkarlıq sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlarla əməkdaşlıq edir.
KOBİA “Kiçik Biznes üzrə Beynəlxalq Şura”ya (The International Council for Small Business - ICSB) üzv qəbul edilib. 1955-ci ildən etibarən fəaliyyət göstərən və sıralarında 90-a yaxın ölkənin müvafiq qurumlarını birləşdirən ICSB beynəlxalq miqyasda kiçik biznesin böyüməsini və inkişafını dəstəkləyir, biznesin idarə edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yenilikləri təbliğ edir. 
Agentlik ICSB ilə KOB-lara dəstək sahəsində ən yaxşı beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi, bu sahədə Azərbaycan təcrübəsinin digər təşkilatlara çatdırılması, təşkilata üzv olan qurumlarla əlaqələrin inkişafı və s. istiqamətlərdə əməkdaşlıq edəcəkdir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.