Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında ən çox cökə balı satışa çıxarılıb

Baxış: 523

Bakıda davam edən arıçılıq məhsullarının 21-ci sərgi-satış yarmarkasına arıçılar tərəfindən ən çox cökə balı satışa çıxarılıb. Azərbaycanın bütün iqtisadi bölgələrini təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 39081 kiloqram çökə balı gətirilib. Çökə balı yarmarka dövründə satışa təqdim olunacaq arıçılıq məhsullarının 1/3 hissəsini təşkil edir.
Bundan başqa arıçı fermerlər satışa 19609 kiloqram çiçək balı, 13167 kiloqram qaratikan balı, 7775 kiloqram may balı, 5341 kiloqram dağ balı, 5008 kiloqram biyan balı, 4229 kiloqram meşə balı çıxarıblar. Bundan başqa yarmarkada çəmən balı, dağ-çəmən balı, şabalıd balı, yonca balı və digər bal növləri satılır.
Ümumilikdə yarmarkaya 120 tona yaxın arıçılıq məhsulunun çıxarılması nəzərdə tutulur. Bu məhsullar arasında bal ilə yanaşı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr və s. var.
Arıçılıq məhsullarının 21-ci sərgi-satış yarmarkası noyabrın 7-dək davam edəcək.













Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.