Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Cəlilabadda çiyələk əkininə başlanılıb

Baxış: 330
Bir neçə gündür Cəlilabad rayonunda örtük altında çiyələk əkininə başlanılıb.
Rayonda yetişdirilən çiyələyin xarici bazarlara çıxarılma perspektivləri çox olduğundan fermerlər bu sahəyə xüsusi diqqət ayırırlar.

Payız əkininin aparılacağı torpaq sahələri müvafiq qaydada hazırlanaraq aqrotexniki prosesdən keçirilib.
İldən-ilə texniki imkanları və bu sahədə təcrübələri artan fermerlər ötən mövsümün nəticələrindən razı qalıblar. Fermerlər bu mövsüm də bol məhsul götürəcəklərinə əmindirlər.
İndi onların əsas qayğıları payız əkini kampaniyasını vaxtında və qaydalara uyğun başa çatdırmaqdır. Bu məqsədlə əkin kampaniyasına kifayət qədər işçi qüvvəsi cəlb edilib.
Ötən il 4 hektar sahədə əkin aparan cəlilabadlı fermer Vüqar Musayev bu il 8 hektarda çiyələk əkir. O, əvvəlki illərdən fərqli olaraq əkini yeni üsulla apardıqlarını söyləyib.
Fermer xarici bazarın tələbatına uyğun sortları əkində tətbiq etdiyini bildirib.
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Mübariz Nadirov da xarici bazarlara çıxarıldığı üçün çiyələyin ildən-ilə fermerlərə daha çox xeyir gətirdiyini söyləyib.
Rayonda soyuducu kameraların quraşdırılması bu imkanları daha da artırıb. Bu, məhsulun satış qiymətinin artmasına da səbəb olub.
Qeyd edək ki, cəlilabadlı fermerlər payızlıq çiyələk əkini kampaniyasını oktyabrın sonuna qədər başa çatdırmağı planlaşdırırlar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.