Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Zaqatalada gələn ilin məhsulu üçün payızlıq dənli bitkilərin səpininə başlanılıb

Baxış: 406

Zaqatala rayonunda gələn ilin məhsulu üçün 11 min hektaradək sahədə payızlıq dən bitkilərinin səpini proqnozlaşdırılır. Bu məqsədlə indiyədək 5 min 250 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Artıq rayonun bəzi ərazilərində arpa səpininə start verilib. İndiyədək Əliabad qəsəbəsinin, Muğanlı, Bəhmətli, Yengiyan, Kəpənəkçi, Dağlı, Lahıc, Üçüncü Tala kəndlərinin ərazilərində 545 hektar sahəyə arpa toxumu səpilib. Payızlıq dən bitkilərinin səpini üçün rayonda fəaliyyət göstərən toxumçuluq təsərrüfatları tərəfindən indiyədək 1800 ton yüksək reproduksiyalı toxum fondu yaradılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb və səpinə hazır vəziyyətə gətirilib. Eyni zamanda, fermerlər səpin üçün lazım olan keyfiyyətli toxumları digər toxumçuluq təsərrüfatlarından da ala biləcəklər.
Rayon üzrə səpin kampaniyasına 200-dək traktor və toxumsəpən aqreqat cəlb edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.