17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Bu gün Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda Nar Sərgi-Satış Yarmarkası keçirilib. Yarmarkanın təşkilində əsas məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, nar istehsalçıları ilə alıcılar arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.
Tədbirdə Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarından olan 70-ə yaxın fermer, istehsal vasitələri təchizatçıları və sahibkarlar iştirak edib. Yarmarkada iştirak edən fermerlər və istehsal vasitələrinin təchizatçıları öz məhsullarını nümayiş etdirərək sərfəli qiymətə satmaq imkanı əldə ediblər.
Nar Sərgi-Satış Yarmarkası çərçivəsində nar müsabiqəsi də keçirilib. Belə ki, nümayiş olunan nar meyvələrinin xarici görünüşünə əsasən ən yüksək keyfiyyətli məhsul istehsal edən 3 qalib seçilib. Sabirabad rayonunda fəaliyyət göstərən fermer Rafael Musazadə 1 ci yer, Saatli rayonundan Vuqar Xəlilov 2 ci yer, Sabirabadlı fermer Polad Qasımov 3-cü yerə layiq görülüb. Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edilib.
Bundan başqa, sərgi-satış yarmarkasına gələn fermerlər burada narçılıq sektoru üçün mühüm əhəmiyyət kəsb edən gübrə, dərman və su sistemləri ilə tanış olmaq imkanı əldə ediblər. Burada fermerlər nar suyunun tərkibindəki şəkərin və turşuluğun miqdarının ölçülməsi xitmətlərindən pulsuz yararlanıblar.
Yarmarka çərçivəsində narçılığın inkişafı, narçılıq sahəsində dəyər zəncirinin qurulması ilə bağlı fermerlərə seminar keçirilib. Tədbirdə narçılığın inkişafı, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.
Nar Sərgi-Satış yarmarkalarının digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.
Bölməyə aid digər xəbərlər