Day, Month 00, Year
00: 00: 00 AM
Palma yağının qiyməti yeni rekord səviyyəyə yüksəldi

Palma yağı qiymətləri, Malayziyada anbarlarda ehtiyatların düşəcəyi proqnozu, güclü tələb və istehsalın az artacağı gözləntisi ilə daha da yüksəlib və yeni bir rekord səviyyəyə çatıb.
Sahibkartv.az xəbər verir ki, Dekabr ayında çatdırılacaq palma yağının qiyməti 3,8% yüksəlişlə tonu 4 min 756 ringgitə çataraq rekord səviyyəsini test edib. 
Oktyabr müqavilələrinin qiyməti 5 min ringgit səviyyəsinə çatıb.
Tropik yağ qiymətləri İyun ayındakı dib səviyyəsindən təxminən 40% yüksəlib.
Ən böyük alıcı Hindistandır
Bloomberg-in keçirdiyi sorğuya görə, Malayziyanın anbarlarında palma yağı ehtiyatı, ixracın güclü artmasına qarşılıq istehsaldakı artımın aşağı qalacağı proqnozu ilə, sentyabr ayında avqust ayı ilə müqayisədə 0,5% düşməsinin açıqlanacağı gözlənilir.
İxracatın 38% artması gözlənilərkən, istehsal artımının, Sentyabr ayının ən yüksək istehsal mövsümü olmasına qarşı yalnız 2,5% olması nəzərdə tutulur.
Ən böyük alıcı mövqesindəki Hindistandan festival mövsümü əvvəl gələn tələb ilə yüksəlib.
Çində, soya paxlası təsislərindən bəzilərinin elektrik enerjisi fasilələrinə görə istehsalı dayandırmaları səbəbilə soya paxlası istehsalı düşə və bunun nəticəsində palma yağına tələb arta bilər.


Tarix: 6-10-2021, 22:00 Oxunub: 118


Bölməyə aid digər xəbərlər