Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Baxış: 304
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev özünə yeni müşavir təyin edib.
Sahibkartv.az xəbər verir ki, bu vəzifə Rəşad Həsənova həvalə olunub.
O, 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr, 2010-cu ildə Böyük Britaniya və Şimal İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində “İqtisadi və maliyyə sektoru siyasətləri” ixtisası üzrə magistr təhsili, 2016-cı ildə isə Avstraliyanın Dikin Universitetində İqtisadiyyat üzrə Fəlsəfə elmləri doktoru dərəcəsi alıb.
R.Həsənov Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı, Avstraliyanın Xəzinə və Maliyyə Nazirliyində iqtisadçı, Azərbaycanda isə ADA Universitetində baş müəllim, Mərkəzi Bankda müxtəlif vəzifələri icra edib, müşavir təyin olunana qədər BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan Ofisində baş iqtisadçı vəzifəsində çalışıb.
O, bir sıra elmi məqalələrin müəllifidir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.