Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edildi

Baxış: 248
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edilib.
Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, xidmətə bundan sonra Şahin Əliyev rəhbərlik edəcək.
Qeyd edək ki, Ş. Əliyev 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olub. O, 2007-ci ildə bakalavr dərəcəsi üzrə Qafqaz Universitetinin Mühəndislik fakültəsinin kompüter mühəndisliyi ixtisasını, 2009-cu ildə magistr dərəcəsi üzrə Azərbaycan Texniki Universitetinin İnformatika və hesablama texnikası fakültəsinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasını bitirib.
Xidmət rəisi telekommunikasiya sahəsində 14 illik təcrübəyə malikdir.
Xatırladaq ki, bu günə kimi Xidmətin rəisi Faiq Fərmanov idi. O, öz ərizəsi ilə işdən ayrılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.