Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dövlət Agentliyi qanunsuz heyvan kəsimilə bağlı əhalidən də kömək istəyir

Baxış: 477

"Sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq üçün metodiki köməkliyin göstərilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər". 
Sahibkartv.az xəbər verir ki, bu, Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilib ki, eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur. 
"Həmçinin vətəndaşlardan bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştirak etmək, bu cür qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı müvafiq qurumlara və Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur",- məlumatda deyilir.
Məlumatda bildirilir ki, aAparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə əlaqədar aşkar olunmuş faktlarla bağlı Agentlik və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən növbəti monitorinqlər zamanı paytaxtın Binəqədi və Yasamal rayonları ərazisində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub (paytaxtın Yasamal (Məhəmməd Xiyabani küçəsi və Əsəd Əhmədov küçəsi) və Binəqədi (Səttar Bəhlulzadə küçəsi, Tayqa Ticarət Mərkəzi ilə üzbəüz) rayonlarında).

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.