Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mercedes-Benz” istehsalın azaldılmasını elan edib

Baxış: 234
Almaniyanın “Mercedes-Benz” avtomobil istehsalçısının Macarıstanda yerləşən zavodları ehtimal ki, öz istehsalının bir hissəsini azaldacaq.
Bu, ehtiyat hissələrinin çatışmazlığı və sifarişlərin səviyyəsinin aşağı düşməsi səbəbindən baş verə bilər.
Macarıstanda ən əsas avtomobil zavodu ölkənin cənubunda, Keçkemet şəhərində yerləşir. Onunla bərabər, bütün ölkə üzrə bir sıra kiçik sexlər fəaliyyət göstərir.
Bildirilir ki, bu günlərdə Almaniyanın Raştatt şəhərində də istehsal dayandırılacaq. Bremendəki zavod və onun Zindelfingendəki bəzi bölmələri artıq məhsul buraxılışını dayandırıblar. Bunun nəticəsində zavodun neçə əməkdaşının zərər çəkəcəyi barədə hələ ki, məlumat yoxdur.
Bremendəki zavodda 12000, Raştattda - 6500, Keçkemetdə - 4700 və Zindelfingendə - 25000 nəfər çalışır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.