Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Qoşqar Təhməzli: “Hər hansı torpağın əkilməsi orada sahibkarlıq fəaliyyəti olması demək deyil”

Baxış: 302
“Sahibkarlar müasir çağırışların tələblərinə uyğun fəaliyyət göstərməlidir”.
Sahibkartv.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib. 
Onun sözlərinə görə, hər hansı torpağın əkilməsi orada sahibkarlıq fəaliyyəti olması demək deyil:
“Torpaqlarda əkin müasir tələblərə uyğun həyata keçirilməlidir. Sahələr dezinfeksiya olunmalı, torpaq və toxum laboratoriyada analiz olunmalıdır. Sadəcə əkin yerlərində standartlara əməl olunması yetərlidir fikri kökündən yanlışdır. Qida zəncirinin bütün mərhələlərində bitki mühafizəsi lazımi qədər yerinə yetirilməsə, o bitki xəstəlik daşıyıcısına çevrilə bilər”.
O qeyd edib ki, kənd təsərrüfatı texnikası istifadədən öncə dezinfeksiya olunmalıdır:
“Məsələn, texnika viruslu torpaqda işləyibsə, digər torpaqda da bakteriyanın yayılmasına səbəb olacaq”.
Sədr qeyd edib ki, Azərbaycan 23 ölkəyə idxal zamanı toxumların virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.