Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Karantin qaydalarını pozan sahibkara cinayət işi açıldı

Baxış: 317

Astarada karantin qaydalarını pozduğu üçün cərimələnən restoranın sahibi barəsində bu dəfə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Maricel” restoranında təşkil olunan toy mərasimi zamanı növbəti dəfə karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Belə ki, aparılan yoxlamalar zamanı sözügedən obyektdə bundan əvvəl də təşkil olunan toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi halı aşkarlanıb.
Həmin restoranın sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 000 manat məbləğində cərimə olunub. Növbəti dəfə qayda və tələblərin pozulduğuna görə “Maricel” restoranının sahibi barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.