Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycanda südlük inəklərin sığortalanma qaydası açıqlanıb


Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə fermerlər südlük inəkləri sığortalaya bilərlər.
Qanunvericiliyə əsasən inəklər 2 sığorta zərfi vasitəsilə sığortalana bilər. Əsas riskləri əhatə edən 1-ci sığorta zərfi üzrə sığorta tarifi 6,1%, genişləndirilmiş riskləri əhatə edən 2-ci sığorta zərfi üzrə sığorta tarifi 9,5% təşkil edir.
Sığorta ödənişləri inəklərin ölümü və məcburi kəsimə verilməsi hallarında edilir.
Fermerlər hesablanmış sığorta haqqının yalnız yarısını ödəyirlər. Sığorta haqqınının qalan hissəsini fermerlərə dəstək üçün dövlət ödəyir.
Müxtəlif qiymətə olan inəklərin sığortalanması üçün fermerin ödədiyi məbləğ aşağıdakı kimidir:
 
                                                                                        I sığorta zərfi                  II sığorta zərfi
 
Qiyməti 1 000 manat olan inəyin sığorta haqqı -           31 manat                           47 manat
Qiyməti 1 500 manat olan inəyin sığorta haqqı -           46 manat                           71 manat
Qiyməti 2 000 manat olan inəyin sığorta haqqı -           61 manat                           95 manat
Qiyməti 2 500 manat olan inəyin sığorta haqqı -           76 manat                         119 manat
Qiyməti 3 000 manat olan inəyin sığorta haqqı -           91 manat                         142 manat
Qiyməti 4 000 manat olan inəyin sığorta haqqı -         122 manat                         190 manat
Qiyməti 5 000 manat olan inəyin sığorta haqqı -         153 manat                         237 manat
Qiyməti 6 000 manat olan inəyin sığorta haqqı -         183 manat                         285 manat 
 
Fermerlər və iş adamları kənd təsərrüfatı heyvanları üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş “Bitkiçilik kalkulyatoru” https://asf.gov.az/insurance-calculators/livestock-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50%-ni ödəyəcək, məbləğin qalan 50%-ni fermerlərə dəstək üçün dövlət ödəyəcək.
Qeyd edək ki, artıq südlük inəklərin sığortalanması üzrə ilk sığorta ödənişi həyata keçirilib. Yaxın vaxtlarda bu sığopta növü üzrə növbəti ödənişlər həyata keçiriləcək.


Tarix: 12-07-2021, 14:04 Oxunub: 242


Bölməyə aid digər xəbərlər