Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Sahibkar Konfederasiyasının nümayəndəsi Tofiq Rzayevin əziz xatirəsinə

Baxış: 390

Azərbaycan Sahibkar Konfederasiyasının Polşa və Rusiya Federasiyasının Kalininqrad vilayəti üzrə rəsmi nümayəndəsi, Kalininqrad şəhərində fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatının rəhbəri, tanınmış ictimai xadim Tofiq Məmməd oğlu Rzayev vəfat edib. Konfederasiyanın rəhbərliyi bu xəbərdən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə, yaxınlarına, Rusiyadakı  Azərbaycan diasporuna dərin hüznlə başsağlığını ifadə edir.
Qeyd edək ki, Tofiq Rzayev şərəfli həyat yolu keçmiş şəxsiyyət kimi Azərbaycanın Rusiya və Polşadakı milli və iqtisadi maraqlarının təbliği, ölkələrimiz arasında ticari, mədəni əlaqələrinin genişləndirilməsi, habelə Rusiyada diasporamızın formalaşması, xalqımızın tarixi şəxsiyyətlərinin adıçəkilən ölkələrdə təbliği istiqamətində məhsuldar fəaliyyəti ilə seçilirdi. Onun bu fəaliyyəti Azərbaycan Sahibkarlar Konfederasiyasının rəhbərliyi tərəfindən 2021-ci ildə Fəxri Fərman və digər mükafatlarda qiymətləndirilmişdir.
Görkəmli ictimai xadim, peşəkar mütəxəssis, öz xalqına xidmət edən vətənpərvər, xeyirxah və gülərüzlü bir insan kimi Tofiq müəllim onu tanıyanların xatirəsində əbədi yaşayacaqdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.