Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Sahibkarlığın inkişafında rəqəmsallaşmanın rolu müzakirə edilib

Baxış: 322
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Beynəlxalq Bankının Sahibkarlar Klubunun nümayəndələri arasında görüş və müzakirələr keçirilib.
İqtisadiyyatın və biznesin rəqəmsallaşdırılması mühitində, sahibkarlığın inkişafı və sahibkarlara dəstək sahəsində çalışan qurumlar olaraq ASK və Sahibkarlar Klubu  –  yeni strateji yanaşmalar və effektli layihələrin həyata keçirilməsi məsələsini müzakirə ediblər. Görüş çərçivəsində bu istiqamətdə birgə fəaliyyət imkanları müzakirə olunub, sahibkarlığın inkişafında rəqəmsallaşmanın vacibliyi və üstünlükləri qeyd edilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatı dəstəyi ilə yaradılan və qeyd olunan məsələnin həllində aparıcı rol oynaya biləcək B2BASK.AZ və B2BAGRO.AZ Vahid Elektron Ticarət və Elektron Anbar Platforması  haqqında da geniş müzakirə aparılıb. Hər iki tərəf öz üzvlərinin istehsal və idxal etdikləri məhsulları burada yerləşdirilməsi üçün səy göstərəcəklərini bildiriblər.
Tərəflər əməkdaşlıq və birgə fəaliyyət ilə bağlı təkliflər hazırlayaraq tezliklə yenidən görüşməyi qərara alıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.