18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
Şirkətin korporativ idarəçilik infrastrukturunda aparılan dəyişikliklər çərçivəsində verilmiş qərara əsasən Dəyanət Sədullayev “PMD Group” MMC-nin Baş icraçı direktoru vəzifəsinə təyin edilib.
Dəyanət Sədullayev PMD Group-da 2015-ci ildən etibarən fəaliyyətə başlamış və daha əvvəl Baş maliyyə direktoru, sonuncu təyinata qədər isə Baş icraçı direktorun müavini vəzifələrində çalışıb.
PMD Group 2013-cü ildən təsis olunmuş və fərqli təyinatlı daşınmaz əmlak aktivlərinin idarə olunması, onlara investisiya qoyuluşu, tikinti, satış və s. işləri həyata keçirən geniş profilli bir şirkətdir.Təsis olunduğu gündən etibarən idarəedicilərin düzgün və səmərəli idarəetmə yanaşmaları tətbiq edilməklə daim irəliləyən və bugünkü inkişaf səviyyəsinə çatan şirkət yeni mərhələyə keçid etməkdədir.
Dürüstlük, gəlirlilik, sahibkarlıq, keyfiyyət və əməkdaşlıq kimi mühüm dəyərləri əsas tutaraq daşınmaz əmlak sahəsinin bütöv dəyər zəncirindəki imkanlarından faydalanmaqla, effektiv idarəçilik metodlarını tətbiq etməklə və bütün bazara, eləcə də müştərilərə innovativ və səmərəli həllər təklif etməklə, daşınmaz əmlakın inkişafı və xidmətləri sektorunda Azərbaycanın aparıcı şirkətinə çevrilmək istəyən PMD Group yüksək keyfiyyətli daşınmaz əmlak layihələrini və xidmətlərini cəmiyyətə təqdim etməyi hədəfləyir.
Xatırladaq ki, maliyyə sahəsində qabaqcıl sertifikatlara (CPA, CGMA, IFRS Certificate) sahib olan Dəyanət Sədullayev PMD Group-dakı fəaliyyətinə qədər müxtəlif yerli şirkətlərdə çalışmış, eləcə də Ernst&Young şirkətinin Bakı ofisində menecer vəzifəsinə qədər yüksəlmiş, daha sonra Kanadanın bir neçə şirkətində Baş maliyyə direktoru kimi fəaliyyətini davam etdirmişdir.
O, Azərbaycan Dövlət İqtisad Universitetindən Biznesin idarə olunması üzrə Bakalavr və Magistr dərəcələrinə sahibdir.
Bölməyə aid digər xəbərlər