Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş” Komissiyasının iclası keçirildi

Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş” Komissiyasının növbəti iclası keçirilib.
Tədbir 25 Aprel – Sahibkarlar Günü çərçivəsində onlayn formatda baş tutub. İclasda həm də “Komissiyanın 2020-ci ildə fəaliyyətinin yekunları və qarşıda duran cari məsələlər” , “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamının icrasında turizm sənayesinin rolu” mövzuları da müzakirə edilib.
Komissiyanın sədri Ruslan Quliyev iclası açıq elan edərək, gündəlikdə duran məsələni nəzərə çatdırıb və “Sahibkarlar günü” ilə əlaqədar ASK prezidenti Məmməd Musayevə, ASK-ın Rəyasət Heyətinə, İdarə Heyətinə və ASK aparatının üzvlərinə ünvanlanmış təbrik məktubunu oxuyub. Məktubda qeyd olunur:
Hörmətli Məmməd Qurban oğlu Musayev, dəyərli  ASK-ın rəyasət heyətinin, idarə heyətinin və ASK aparatının üzvləri, dəyərli ASK ailəsi!
Qürur hissi ilə bir daha xatırlatmaq istərdim ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Günü”nün təsis edilməsi haqqında 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-də Azərbaycanda ilk dəfə “Sahibkarlar Günü” qeyd edilib. O vaxtdan etibarən, bu gün özünəməxsus və təntənəli şəkildə hər il qeyd edilir. Sizi və Azərbaycanda fəaliyyət göstərən bütün sahibkarları bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-dək iqtisadi, sosialyönümlü assosiasiya və ittifaqı birləşdirmiş Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizdə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən əsas ictimai təşkilatlardandır. Ölkəmizin iqtisadi inkişafında onun özünəməxsus mövqeyi vardır.        
Dövlət tərəfindən ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarlığın fəaliyyətinə verilən yüksək qiymət və dövlət başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğı biz sahibkarları daha da əzmlə fəaliyyət göstərməyə sövq edir. Əlbəttə, bu gün böyük bir sınaq qarşısındayıq. Dünya iqtisadiyyatını təhdid altında saxlayan COVİD-19 pandemiyası Azərbaycandan da yan keçməmişdir. Bu sınaqdan da alnıaçıq çıxacağımıza inanırıq. Eyni zamanda 200 illik ruhumuzu birləşdirən 44 günlük Qarabağ savaşından qalib çıxmış millət olaraq və bu millətin sahibkarları olaraq, Qarabağın əvvəlki şöhrətinin qaytarılmasında öz töhfəmizi verəcəyik. Oranı dünyanın turizm cənnətinə çevirəcəyik.
Biz birlikdə güclüyük.  Bayramınız mübarək olsun!
Hörmətlə,
“Turizm və xidmət üzrə iş ” komissiyasının üzvləri
Sonra iclasda pandemiyanın turizm sektoruna vurduğu ziyan, komissiyanın həyata keçirdiyi tədbirlər barədə məlumatlar dinlənilib. 2021-ci ilin oktyabr-noyabr aylarında Dünya ekoturizm təşkilatının zirvə toplantısına hazırlıqla bağlı qarşıda duran məsələlər müzakirə edilib.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamının icrasında turizm sənayesinin rolu” mövzusunda DAİR-in prezidenti Samir Dübəndi və “Skal İnternational Baku” şirkətinin prezidenti Ceyhun Aşurov çıxış etdi.
Vurğulandı ki, bu prioritetlərin zaman zaman həyata keçirilməsi turizm sahəsinin inkişafına da böyük təkan verəcək. “2021-ci ildən turizm sektoru yenidən dirçəlməyə başlayacaq”, – deyən S.Dübəndi artıq bir neçə ölkənin açılıma getdiyini bildirib. 2019-cu ildə Azərbaycanda turizm sektorunun 10% inkişaf etdiyini, 2020-ci ildə 4 dəfə azaldığını vurğulayan C.Aşurov iyun ayından başlayaq, sektorda canlanmanın olacağına dair gözləntilər barədə danışdı.
İclas çıxışların müzakirəsi ilə yekunlaşdı.


Tarix: 23-04-2021, 11:24 Oxunub: 244


Bölməyə aid digər xəbərlər