13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Azərbaycanın aparıcı kənd təsərrüfatı müəssisələrindən biri olan və 2014-cü ildə qurulan “Agro Dairy” MMC şirkətinin törəmə müəssisəsi olan “Agro Supply” MMC 2018-ci ildən toxumçuluq fəaliyyəti göstərir. Bu fəaliyyət sahəsində şirkətin qarşısına qoyduğu ən əsas hədəfləri ölkənin ərzaq təhlükəsizliyinin artırılması, milli toxum ehtiyatının elmi əsaslı inkişafı, xaricdən toxum idxalı asılılığının azaldılması və yerli toxum bazarının ucuzlaşdırılmasına töhfə verməkdən ibarətdir.
Şirkət bu hədəflərə çatmaq üçün yüksək məhsuldarlıq göstəricilərinə malik təkmilləşdirilmiş toxum sortlarının əkin dövriyyəsinə cəlb edilməsi, daxili bazarda sertifikatlaşdırılmış toxuma inam yaradılması, tezyetişən məhsuldar sortların toxumuna üstünlük verməklə özəl toxumçuluq sahəsinin elmi əsaslarla inkişaf etdirilməsi yönündə irəliləməkdədir.
Bununla yanaşı şirkət yeni innovativ yanaşmalar və beynəlxalq təcrübədən istifadə etməklə toxumçuluqda sosial, texniki, elmi məsələlər, həmçinin “seleksiyaçı - toxumçu - əmtəəlik məhsul istehsalçısı” münasibətlərinin qurulması kimi vacib məsələlərin həllini də ön planda tutur.
Şirkət həm Azərbaycanda, həm də dünyada bir ilkə imza ataraq, toxum emalında yenilik etmiş və “Nou-hau” hesab edilən “Plug & Play” texnologiyasını ölkəmizdə tətbiq etməyə başlayıb.
“Plug & Play” texnologiyası toxum təmizlənməsi prosesində kompakt və innovativ metodlardan biridir. Bu texnologiyanın ən üstün cəhətlərindən biri ondan ibarətdir ki, tikinti-quraşdırma xərcləri minimumdur, istənilən ərazilərdə qurulma imkanlarına malikdir.
Qeyd edilən “Plug & Play” toxum emalı texnologiyasının tətbiq edildiyi, 2020-ci ildə quraşdırılmış 5 ton/saat istehsal gücü olan kompakt toxum emalı zavodu “Agro Dairy” MMC şirkəti ilə Avropanın qabaqcıl toxum şirkətlərindən biri olan “Probstdorfer Saatzuch” şirkətinin strateji tərəfdaşlığı sayəsində Pilot layihə çərçivəsində Avstriyanın “Cimbria” şirkəti tərəfindən dizayn edilib. Hazırda şirkətin istifadəsində olan Hacıqabul rayonunda yerləşən bitkiçilik təsərrüfatında ümumi 10 ton/saat istehsal gücünə malik toxum emalı zavodu istismara verilib.
Həmçinin 2021-ci ildə ölkə daxilində taxıl toxumlarına olan tələbatı ödəmək məqsədilə daimi baza rolunu oynayacaq, hər biri 5 ton/saat olan iki əlavə blokun istifadəyə verilməsi də planlaşdırılır.
“Plug & Play” texnologiyasının toxumun emalı prosesinə tətbiqi istehsalda yüksək səmərəlilik əldə etməyə və eyni zamanda ekoloji təhlükəsizliyə riayət etməyə imkan verəcəkdir.
Bütün bunlar şirkətin toxum emalı sahəsində qarşısına qoyduğu hədəflərə çatmaqda, həmçinin, xarici ölkələrdən gətirilən toxum idxalından asılılığın azaldılmasında, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq və ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verəcəkdir.
Bölməyə aid digər xəbərlər