Day, Month 00, Year
00: 00: 00 AM
“Holcim Azərbaycan” 1000 ağac əkdi - FOTO

“Holcim Azərbaycan” kütləvi ağacəkmə kampaniyasına qoşulub.
Belə ki, aksiyaya qoşulan şirkət Qaradağ sement zavodunun ətrafında 1000 ağac əkib. 
Şirkətin bu addımı atması təsadüfi deyil, çünki “LafargeHolcim” şirkəti dayanıqlı inkişafa bağlı qlobal öhdəliklər imzalayıb. Bunlar, 2030-cü ilə qədər CO2 emissiyaların 20 faiz azalması, sement sektorunda 1.5°C qlobal istiləşmə hədəflərinə uyğun ekoloji təmiz betonu istehsal etmək, məhsul və təkrar emal olunmuş materiallardan istifadəni genişləndirmək, yaşıl inşaat işlərini sürətləndirməkdir. “Holcim Azərbaycan” “LafargeHolcim”in üzvü kimi bu məqsədlərə çatmaq üçün öz töhfəsini verməyə çalışır. Yaşıllaşdırma ilə yanaşı ölkədə tullantıların idarə olunmasında həlli yolları təklif edir və öz dünya təcrübəsini Azərbaycanda tətbiq etməyə hazırdır.
“Bizim birgə məqsədimiz və dəyərimiz var - bu da Dayanıqlı İnkişafdır. Dayanıqlılıq prinsipləri hər bir işdə, hər bir addımımızda olmalıdır. Ətraf mühitin qorunmasında ən yaxşı təcrübəmizi nümayiş etdirməyə hazırıq. Bizim ağacları əkməklə işimiz bitmir, eyni zamanda biz bu ağaclara qulluq etməliyik və suvarma sistemi quraşdırmalıyıq. Bunun üçün çirkab suların təmizlənməsi və yenidən suvarma sistemində istifadə olunması üçün lazım olan hazırlıq işləri artıq başlanıb. Biz bununla təmiz suya qənaət edərək ətraf mühitin qorunmasında töhfə veririk”, - şirkətin texniki direktoru Əli Hüseynov qeyd edib.
Gəlin birləşək və yaşıllaşdıqca daha da gözəlləşən təbiətimizə sahib çıxaq!
“Holcim Azərbaycan”, sement, beton və inşaat həllərinin aparıcı təchizatçılarından biri olan “LafargeHolcim” Qrupunun üzvüdür.













Tarix: 6-04-2021, 11:11 Oxunub: 134


Bölməyə aid digər xəbərlər