17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli sahibkarlara, o cümlədən kiçik və orta biznes subyektlərinə dəstək məqsədilə Səudiyyə İnkişaf Fondu tərəfindən maliyyə xətti açılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Sahibkartv.Az-a verilən məlumata əsasən, bu məqsədlə martın 17-də Səudiyyə İnkişaf Fondunun İxrac Proqramı və “Kapital Bank” ASC arasında razılaşma sənədi imzalanıb.
Sənədi Səudiyyə İxrac Proqramının baş direktoru Abdulmohsen Al-Khayal və “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev imzalayıblar.
Təşkil olunmuş görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi-ticarət, biznes əməkdaşlığı, xüsusilə də KOB sahəsində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib, Agentliyin təşəbbüsü və dəstəyi ilə reallaşdırılan yeni proqramın Səudiyyə Ərəbistanı ilə ticarət əməliyyatları aparan yerli KOB-lar üçün əhəmiyyətli olacağını vurğulayıb.
Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi zərurətini qeyd edib, yeni əməkdaşlıq proqramının ölkələrimiz arasında ticarət və KOB sahəsində əlaqələrin genişləndirilməsi üçün faydalı olacağını bildirib.
“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bankın kiçik və orta sahibkarlığın inkişafına dəstək verərək, müxtəlif tarif paketləri təqdim etdiyini, yeni proqramın da biznesin inkişafına töhfə verəcəyini vurğulayıb.
Səudiyyə İnkişaf Fondunun İxrac Proqramının baş direktoru Abdulmohsen Al-Khayal proqram çərçivəsində açılmış maliyyə xəttinin Səudiyyə Ərəbistanı mənşəli mallar və xidmətlər idxal edən Azərbaycan sahibkarlarına, xüsusilə də kiçik və orta biznes subyektlərinə ticarət əməliyyatları zamanı dəstək olacağını vurğulayıb.
Bölməyə aid digər xəbərlər