Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan ət istehsalını artırıb - FOTO

Baxış: 374
2021-ci ilin yanvar-fevral aylarında 669,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu hasil edilib.
Sahibkartv.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, onun 639,5 milyon manatı heyvandarlıq, 29,8 milyon manatı bitkiçilik məhsullarının payına düşüb.
2020-ci ilin müvafiq dövrü ilə müqayisədə istehsal 2,3 faiz artıb. O cümlədən, heyvandarlıq məhsullarının istehsalı 2,1 faiz, bitkiçilik məhsullarının istehsalı isə 6,2 faiz çoxalıb.
Mart ayının 1-nə kimi 61,8 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 8,5 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər, 14,1 min hektar sahədə kartof, 10,2 min hektar sahədə tərəvəz, 28,3 min hektar sahədə çoxillik otlar, 0,7 min hektar sahədə sair bitkilər əkilib.

Təsərrüfatlarda yanvar-fevral aylarında 33,6 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 6,4 faiz çox tərəvəz məhsulları istehsal edilib.
Bu dövr ərzində quş əti də daxil olmaqla diri çəkidə 85,4 min ton ət, 314,2 min ton süd, 301,7 milyon ədəd yumurta istehsal edilib.

Belə ki, ət istehsalı 3 faiz, süd istehsalı 1,5 faiz artıb, yumurta istehsalı isə 4,5 faiz azalıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.