19:24 / 21-11-2024
18:45 / 21-11-2024
18:20 / 21-11-2024
18:16 / 21-11-2024
17:39 / 21-11-2024
17:00 / 21-11-2024
16:32 / 21-11-2024
14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
“Pandemiya şəraitində fəaliyyət göstərən müəssisə rəhbərlərinin üzərinə ikiqat məsuliyyət düşür”.
Bunu Sahibkartv.Az-a açıqlamasında AQTA-nın şöbə müdiri Mansur Piriyev deyib.
O bildirib ki, vəzifə səlahiyyətləri ilə yanaşı pandemiya şəraitində fəaliyyət göstərən kafe, restoran, çay evləri və digər ictimai iaşə müəssisələrinin sahibləri həm də cəmiyyət qarşısında sosial məsuliyyət daşıyırlar:
“Onlar nəzərə almalıdır ki, fəaliyyətlərinin davam etməsi və xəstəliyin yayılmasının qarşısını almaq üçün mütləq qoyulan qaydalara əməl olunmalıdır. Onu da qeyd edim ki, hazırda ictimai iaşə müəssisələrinin yerində fəaliyyətə başlaması ilə əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyinin müfəttişlərindən ibarət nəzarət qruplarının sayı artırılıb və ölkə ərazisi üzrə bu sahədə yoxlama-nəzarət tədbirlərinin miqyası genişləndirilib.
Bildiyiniz kimi ictimai iaşə müəssisələrinin qarşısında qanunvericiliyə uyğun olaraq qoyulan tələblərdən biri də pandemiya qaydaları ilə bağlı operativ idarəetmənin təşkil olunması üçün məsul şəxslərin təyin olunmasıdır. Son günlər aparılan reydlər zamanı təəssüf ki, bəzi sahibkarlıq subyektləri tərəfindən hələ də bu tələblərə əməl olunmadığı aşkar olunur. Təbii ki, aşkar olunmuş bu və digər qayda pozuntuları ilə bağlı müfəttişlərimiz tərəfindən inzibati qaydada tədbirlər görülür”.
Şöbə müdiri qeyd edib ki, kafe və restoranlara üz tutan vətəndaşlarımız bilməlidir ki, pandemiya dövrünün tələbləri ilə bağlı həmin obyektlərdə məsul şəxslər fəaliyyət göstərir və hər hansı qayda pozuntusu müşahidə edəndə onun dərhal aradan qaldırılması üçün yaxınlaşıb həmin şəxslərə müraciət edə bilərlər:
“Eyni zamanda vətəndaşlardan xahişimiz odur ki, ictimai iaşə müəssisələrində həm pandemiya dövrünün, həm də qida təhlükəsizliyi tələbləri ilə bağlı rastlaşdıqları bütün neqativ hallarla bağlı agentliyin 1003 Çağrı mərkəzinə məlumat versinlər”.
Bölməyə aid digər xəbərlər