Azərbaycanlı mütəxəssis Elşad Fərzəliyev dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru təyin edilib. Yeni vəzifədə Elşad Fərzəliyev “Coca-Cola” şirkətinin Azərbaycan, Qazaxıstan və Özbəkistan da daxil olmaqla regionun 8 ölkəsində qlobal şirkətin və onun brendlərinin nüfuzunun qorunması, PR strategiyasının hazırlanması, dövlət qurumları və ictimaiyyətlə əlaqələr, sosial məsuliyyət proqramlarının inkişafı kimi məsələlərə rəhbərlik edəcək.Elşad Fərzəliyev 2014-cü ildən “Coca-Cola” şirkətində işə başlayıb və burada ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində bir sıra rəhbər vəzifələri icra edib.
Qeyd edək ki, milyardlarla insanın tanıdığı və sevdiyi sərinləşdirici içkiləri istehsal edən “Coca-Cola” şirkəti dünyanın 200-dən çox ölkəsində fəaliyyət göstərir.


































