Day, Month 00, Year
00: 00: 00 AM
“Milla” markası bazara yeni pendir çeşidləri çıxardı - FOTO/VİDEO

2011-ci ildə fəaliyyətə başlayan “AZFPCO” LTD qısa bir zamanda Azərbaycanın ən böyük süd məhsulları istehsal edən şirkət olub.
Şirkət gün ərzində 250 ton məhsul istehsal etmə gücünə malikdir. Süd xammalının əsas hissəsi Qəbələ süd ferması vasitəsiylə təmin olunur. “AZFPCO” LTD şirkəti ilk olaraq bazara “Milla” markası adı altında məhsullar çıxarıb. 2020-ci ildə şirkət əlavə olaraq daha iki marka adı altında bazara məhsullar çıxarıb.
“Milla” markası hazırda bazarda ən çox kateqoriyada təmsil olunan ən böyük yerli süd markasıdır.
Belə ki, bu marka adı altında UHT süd, xama, feta pendir, qaymaq, ayran, yoğurt, kefir, qatıq, dondurma istehsal olunur. Bu il bu kateqoriyalara əlavə olaraq “Milla” markası adı altında yeni “Labne” və Ərgin” krem pendirləri istehsal olunub bazara çıxarılıb:
“Qeyd etmək istərdik ki, “Milla” krem pendirləri bu kateqoriyada məhsul istehsal edən ilk yerli markadır.
Azərbaycanın pendir bazarında krem-pendir markalarının sayı çox deyil. Biz krem-pendir məhsulunun ilk yerli istehsalçı olmağımızla fəxr edirik. “Labne” və “Ərgin” pendirlərini yaradarkən əsas hədəfimiz xarici markalardan daha keyfiyyətli, amma daha münasib qiymətə, hamının süfrəsində ola biləcək krem-pendir ləzzətinə çatmaq idi.
Təbii süddən hazırlanmış krem-pendirlər səhərlər masa ətrafında toplaşmağı sevən ailələrin vazkeçilməz dadı olacaq.
Bu krem-pendirlərin ömrünü uzatmaq üçün onlara heç bir qatqı əlavə edilmir. Biz əminik ki, “Labne”ni açan kimi bitəcək, onun ömrünü uzatmağa ehtiyac yoxdur”.
“Labne” və “Ərgin” müxtəlif təamların hazırlanmasında da ən yaxşı yardımçınız olacaq. Dadından doymadığınız bu krem-pendirlər yeni ləzzətlərin yaradılmasında yaxından iştirak edəcək.
“Milla”nın yeni krem pendirləri ailənizin ortaq zövqünə çevriləcək. Çünki tərkibində sevgi var.






Tarix: 1-02-2021, 11:29 Oxunub: 228


Bölməyə aid digər xəbərlər