13:19 / 23-11-2024
13:10 / 23-11-2024
12:55 / 23-11-2024
12:50 / 23-11-2024
12:43 / 23-11-2024
11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
Yanvarın 21-də Türkiyə Respublikasının vitse-prezidentinin baş müşaviri Erkan Koparmalın rəhbərlik etdiyi, Yozqat Ticarət və Sənaye Palatasının prezidenti Sinan Çelikin də daxil olduğu nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Qonaqları salamlayan Məmməd Musayev 2020-ci ilin pandemiya səbəbilə çətin keçdiyini, lakin şanlı Azərbaycan Ordusunun 30 illik həsrətə son qoyaraq ərazi bütövlüyümizi bərpa etdiyini vurğulayıb. O, bu mərhələdə Azərbaycan üçün yeni tarixi dönəmin başlandığını qeyd edib.
M.Musayev 2 noyabr 2020-ci il tarixində Bakı şəhərində Türk Ticarət və Sənaye Palatasının (TCCI) “Azərbaycanın sosial iqtisadi inkişafının yeni dövrü” mövzusunda növbədənkənar görüş keçirildiyini, tədbir çərçivəsində qonaqların prezident İlham Əliyev tərəfindən də qəbul edildiyini diqqətə çatdırıb. Konfederasiya prezidenti işğaldan azad olunmuş ərazilərin yenidənqurulması işində birgə əməkdaşlığa hazır olduğumuzu bildirib.
Yozqat Ticarət və Sənaye Palatasının prezidenti Sinan Çelik ilk növbədə müharibə zamanı şəhid olanları rəhmətlə anaraq Yozqat TSP haqqında geniş məlumat verib. O, səfərləri çərçivəsində İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumların rəsmiləri ilə görüşdüklərini qeyd edib.
S.Çelik Türkiyədə mövcud olan altı təşviq bölgəsindən birinin Yozqat olduğunu, onun Mersin və Samsun limanları arasında yerləşdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Yozqat Konfederasiyasının prezidenti Mehmet Deniz isə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi ilə birgə həyata keçirilən tibb, kosmetika, ip istehsalı kimi digər sahələrdə də istifadə olunan xammal vasitələri və onların tədarükü haqqında geniş məlumat verib.
Eyni zamanda, “Samson Danışmalık” şirkətinin nümayəndəsi Özge Calan Yozqat bölgəsində həyata keçirilən investisiya təşviqi, “TANA mühendislik A.Ş.” şirkətinin rəhbəri Mustafa Tibukoğlu tərəflərindən reallaşdırılan layihələr barədə geniş məlumat veriblər.
Erkan Koparmal bütün görüşlərində Azərbaycanda həyata keçirməkdə maraqlı olduqları layihələr haqqında geniş fikir mübadiləsi apardıqlarını və işğaldan azad olunmuş ərazilərin yenidənqurulması işlərində fəal iştirak etmək niyyətində olduqlarını bir daha vurğulayıb.
Bölməyə aid digər xəbərlər