Day, Month 00, Year
00: 00: 00 AM
Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Makedoniya-Türkiyə Ticarət Palatası arasında görüş keçirilib

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) arasında onlayn formatda görüş keçirilib. Görüşdə ilkin olaraq turizm sənayesi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov iştirakçıları salamlayaraq Konfederasiya haqqında məlumat verib. Konfederasiyanın tərkibində fəaliyyət göstərən “Turzim və xidmət  üzrə İş Komissiyası”nın sədri Ruslan Quliyevin və komissiya üzvlərinin bu müzakirələrə qoşulduğunu qeyd edərək, əməkdaşlıq üçün böyük imkanlar olduğunu söyləyib.
Azərbaycan-Şimali Makedoniya Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Fazil Mustafa çıxışında bildirdi ki. “Makedoniya bizə bir köynək daha yaxındır və biznes, sahibkarlığın inkişafı istiqamətində öncəlik vermək mümkündür. Ciddi fürsətləri imkanlara çevirərək, əlaqələrimizi genişləndirməliyik”. Millət vəkili Makedoniyanın turizm sektorundakı təcrübəsindən faydalanmağı təklif edib.
Makedoniya-Türkiyə Ticarət Palatasının vitse-prezidenti Bilal Sucubaşı bildirib ki, Makedoniyadakı türk iş adamları aktivliyi ilə seçilirlər və Azərbaycanla birgə əməkdaşlıqda maraqlıdırlar. “Azərbaycan bizim qardaş ölkəmizdir”, – deyən B.Sucubaşı ölkələrimizin turizm imkanlarının öyrənilməsilə başlanan görüşlərin digər sahələri də əhatə etməsini təklif etmişdir.


Tarix: 29-01-2021, 10:46 Oxunub: 120


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı