Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə TÜMKİAD arasında memorandum imzalandı

Baxış: 372

Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatı (TÜMKİAD) arasında anlaşma memrandumu imzalanıb. Memorandumu ASK-nın vitse-prezidenti Vüqar Zeynalov ilə TÜMKİAD-ın İdarə Heyətinin sədri İlhami Öztürk imzalayıb.
Vüqar Zeynalov ASK haqqında və işğaldan azad olunan ərazilərimizin iqtisadi potensialı, eləcə də hazırda aparılan yenidənqurma işləri haqqında məlumat verib. Bildirib ki, türk şirkətlərinin bu yenidənqurma işlərdində iştirakı üçün geniş imkanlar mövcuddur. Qarabağın iqtisadi ixtisaslaşmasının hazır olduğunu qeyd edən ASK-nın vitse-prezidenti rayonlar üzrə spesifik inkişaf sahələri barədə danışıb, növbəti görüşün biznes-forum formatında keçirilməsini təklif edib.
İ.Öztürk öz növbəsində Azərbaycanı qələbə münasibətilə təbrik edərək, əməkdaşlığa hazır olduqlarını bildirib.
Qeyd edək ki, memorandumda ölkələrimiz arasında ticarət, investisiya imkanlarının genişləndirilməsi, özəl sektorlar arasında əməkdaşlığın, birgə işləmək üçün investisiya mühitinin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı fəaliyyət göstərmək nəzərdə tutulur.
Xatırladaq ki, TÜMKİAD-ın Azərbaycana səfəri 21-22 yanvar tarixlərini əhatə edir və təşkilat ölkənin iqtisadi qurumları ilə görüşlər keçirəcək.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.