Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda sahibkarlara daha 7 milyon manat yardım göstərilib

Baxış: 359
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul etdiyi qərara əsasən, 3-cü mərhələ çərçivəsində sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında 8 657 muzdlu işçini əhatə edən 1 776 vergi ödəyicisinə maliyyə dəstəyi göstərib.
Sahibkartv quruma istinadən xəbər verir ki, sahibkarlara ümumilikdə 1,447 milyon manat ödənilib.
Bundan başqa, Nazirlər Kabinetinin fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul etdiyi qərara əsasən, 3-cü mərhələ çərçivəsində yuxarıda qeyd olunan şəhər və rayonlarda 12 982 fərdi (mikro) sahibkara 5,992 milyon manat maliyyə dəstəyi göstərilib.
Beləliklə, sahibkarlara ümumi ödənişin məbləği 7,439 milyon manat təşkil edib. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.