Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandakı xarici investorların yarısı yerli biznes mühitindən razıdır

Baxış: 342
Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin 50 %-i ölkəmizdə investisiya yatırmaq üçün münbit şəraitin olması qənaətindədir.
Sahibkartv xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə hazırlanmış "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2020” hesabatında bildirilir.
Sorğuda iştirak edən xarici investorların 44 %-i gələcəkdə Azərbaycana investisiya qoyacağı ilə bağlı qeyri-müəyyən vəziyyətdə olduğunu, 6 %-i isə ölkəmizi yatırım üçün tövsiyə etmədiyini bildirib.
Bundan başqa, rəyi soruşulanların 49 %-i gələcək biznes hədəfləri kimi fəaliyyətlərini genişləndirməyi və yeni investisiyalar yatırmağı, 42 %-i hazırkı vəziyyəti qoruyub-saxlamağı ,3 %-i isə biznesini bağlamağı planlaşdırdığını bəyan edib.
Xatırladaq ki, hesabat üçün 32 ölkədə fəaliyyət göstərən 450 şirkətə biznes sorğu göndərilib. Onların 27 %-i Almaniya, 11 %-i Böyük Britaniya, 4 %-i Türkiyə, 7 %-i ABŞ, qalan 51 %-i isə digər ölkələri təmsil edib. Sorğu iştirakçılarının 63 %-ni isə Azərbaycanda biznes fəaliyyəti olan şirkətlər təşkil edib.

Bizim Instagram səhifəmizə

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.