Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyaya alma ixracı ilə bağlı məhdudiyyət ləğv edildi

Baxış: 331

Rusiya hökuməti Azərbaycandan alma idxalı ilə bağlı məhdudiyyəti aradan qaldırdı.
Sahibkartv yerli KİV-ə istinadən xəbər verir ki, dekabrın 21-dən etibarən “TurAz” MMC, “Ran Fruit”, “Əsədov Vaqif” müəssisələri tərəfindən becərilən almaların idxalına icazə verilir.
Bu icazənin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş müvafiq fitosanitar nəzarətin artırılması, habelə monitorinqin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verildiyi bildirilir.
Sadalanan müəssisələr bu il Avrasiya İqtisadi İttifaqı qaydalarına görə, karantini zəruri edən halların aşkarlanmadığı Şabran rayonunda fəaliyyət göstərirlər.
Xatırladaq ki, bəzi ziyanverici həşəratların aşkarlanması səbəbindən dekabrın 10-dan Rusiyaya Azərbaycandan alma və pomidor idxalına qadağa qoyulmuşdu.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.