11:20 / 23-11-2024
11:14 / 23-11-2024
10:18 / 23-11-2024
10:04 / 23-11-2024
09:57 / 23-11-2024
09:52 / 23-11-2024
09:39 / 23-11-2024
09:21 / 23-11-2024
22:14 / 22-11-2024
21:43 / 22-11-2024
21:18 / 22-11-2024
20:46 / 22-11-2024
20:22 / 22-11-2024
19:52 / 22-11-2024
19:34 / 22-11-2024
19:17 / 22-11-2024
18:41 / 22-11-2024
18:23 / 22-11-2024
17:45 / 22-11-2024
17:13 / 22-11-2024
16:38 / 22-11-2024
16:04 / 22-11-2024
16:00 / 22-11-2024
15:30 / 22-11-2024
14:22 / 22-11-2024
14:00 / 22-11-2024
13:30 / 22-11-2024
Bir il öncə bütün dünyaya “Qarabağ Azərbaycandır və nida işarəsi”, bəyanatını verən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin taktiki strategiyası, müdrik qərarları, Müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində bu gün biz “Qarabağ Azərbaycandır!” reallığının xoşbəxtliyini yaşayırıq. Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi sıx birləşərək, Qarabağımızın azad olunması uğrunda bütün səylərini ortaya qoydu və öz qəhrəmanlığı ilə dünyanı yaxşı mənada təəccübləndirdi. 44 günlük Vətən müharibəsində Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu və Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
“Torpaq su tökülərsə palçıq, qan tökülərsə Vətən olar!” Bu gün torpaqlarımızın işğaldan azad edilməsinə şəhidlərimizin canı, qazilərimizin və qəhrəman əsgərlərimizin qanı bahasına nail olmuşuq. Bu gün hər bir azərbaycanlı əldə etdiyimiz zəfərdən böyük qürur hissi duyur və bu fəxarətə görə hər birimiz şəhid ailələrinə, qazilərimizə daima borclu olduğumuzu və onların sosial şəraitinin daha yaxşılaşdırılması üçün əlimizdən gələni əsirgəməməli olduğumuzu dərk edirik.
Məlum olduğu kimi, 8 Dekabr 2020-ci il tarixində, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması haqqında ölkə prezidentinin müvafiq Fərmanı olmuşdur. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu fərmandan irəli gələn sosial korporativ məsuliyyət tədbirləri ilə bağlı üzvlərinə müraciət edir.
Hörmətli sahibkarlarımız,
Milli Ordumuzun fədakarlığı, qəhrəmanlığı sayəsində Azərbaycan bu gün tarixinin ən şanlı günlərini yaşayır. Hazırda bütün ölkə vətəndaşları kimi iş adamlarımızın da qəlbi Qarabağımızda döyünür. Həm torpaqlarımızın iqtisadi dirçəlişi məqsədilə biznes layihələri üzərində çalışırıq, həm də şəhid, qazi ailələrinin yanında oluruq.
İş adamları olaraq Sizin hər birinizi ölkə Prezidenti cənab İlham Əliyevin bu nəcib təşəbbüsünə qoşularaq, Fərmanın icrasının təmin olunmasında maksimum aktivlik göstərməyə, birdəfəlik deyil davamlı olaraq bu istiqamətdə iş aparmağa çağırırıq.
İnanırıq ki, sahibkarlarımızın YAŞAT fonduna davamlı dəstəyi nəticəsində bütün məsələlərin öhdəsindən birlikdə gələ biləcək, qalibiyyətimizi möhkəm təməllərlə daha da gücləndirəcəyik.
Odur ki, dəstək aksiyasına qoşulmaq istəyən sahibkarlarımızın, xaricdə yaşayan azərbaycanlı iş adamlarının diqqətinə “YAŞAT” fondunun və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun bank rekvizitlərini təqdim edirik:
“YAŞAT” Fondunun bank rekvizitləri
Milli valyutada köçürmələr üçün
Hesabın adı: YAŞAT FONDU
VÖEN: 1701393691
Manat hesabı: AZ76IBAZ38090019447968925204
Bankın adı: Azərbaycan Beynəlxalq Bankı, Mərkəzi filial
Swift kodu: IBAZAZ2X
Müxbir hesab: AZ03NABZ01350100000000002944
Bankın kodu: 805722
Bankın VÖEN-i: 9900001881
Bankın ünvanı: Bakı şəhəri, Z.Tağıyev küç. 3
Tel: (+99412) 937
******
Beynəlxalq köçürmələr üçün – USD
Correspondent bank: Citibank NA, New York
SWIFT/BIC Code: CITIUS33
Beneficiary bank: The International Bank of Azerbaijan
Bank address: Baku, Z. Tagiyev str., 3
Tel: (+994 12) 4989125, (+994 12) 4938487, (+99412) 937
SWIFT/BIC: IBAZAZ2XXXX
Beneficiary: YASHAT FONDU
Beneficiary account: AZ66IBAZ38190018407968925204
ADDITIONAL CORRESPONDENT BANKS:
Deutsche Bank Trust Company Americas, New York
SWIFT/BIC: BKTRUS33XXX
JP Morgan Chase Bank, New York
SWIFT/BIC: CHASUS33XXX
Citibank NA, New York
SWIFT/BIC: CITIUS33XXX
The Bank of New York Mellon, New York
SWIFT/BIC: IRVTUS3NXXX
******
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun rekvizitləri:
Bankın adı: Naxçıvanbank ASC
Bankın müxbir hesabı: AZ18NABZ01350100000000090944
Bank-ın VÖEN-i: 0200432771
Bankın kodu: 505152
Bankın SWİFT-i: NAXBAZ22
Ünvan: Naxçıvan şəhəri, C. Məmmədquluzadə 27
Telefon: 1185
******
Bu müraciət Azərbaycan Sahibkarlar Konfederasiyasının Vitse prezidentlərinin və icra strukturunun rəhbərlərinin iştirakı ilə 17 dekabr 2020-ci il tarixində keçirilən video-onlayn iclasda qəbul olunmuşdur.
Bölməyə aid digər xəbərlər