Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda və Abşeronda Yeni illə bağlı bayram yarmarkası 3 ünvanda olacaq

Baxış: 349
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə dekabrın 21-dən 31-nə qədər Bakıda və Abşeronda təşkil edəcəyi “Kənddən Şəhərə” qış yarmarkası 3 fərqli ünvanda baş tutacaq.
Sahibkartv xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-dən artıq fermer məhsullarını münasib qiymətlərlə satışa çıxaracaq.
Yarmarkanın təşkilində əsas məqsəd bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.