Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycandan Rusiyaya pomidor ixracı bərpa edilib

Baxış: 376
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) Azərbaycanın bəzi müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib. Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə qurumun məlumatlarında deyilir.
Bu gündən etibarən Xızı rayonunda qeydiyyatda olan “Aqroterm” MMC, dekbarın 17-dən etibarən isə daha dörd Azərbaycan müəssisəsi ixrac prosesini bərpa etmək hüququ əldə edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə aşağıdakılar məhsullarını idxal edə biləcəklər: “Geotermal” (Kürdəmir rayonu), Şükürov İlkin Mirzəxan (Masallı rayonu), “Gp Alfa greenhouse” MMC (Salyan rayonu), “Hajigabul greenhouse” MMC (Hacıqabul rayonu).
Xatırladaq ki, dekabrın 10-dan etibarən “Rosselxoznadzor” məhsullarda zərərvericilərin aşkarlanması halları səbəbindən Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan etmişdi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.