Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın dəstəyi ilə Gürcüstanda ceyranların sayı 150-yə çatıb

Baxış: 289
Gürcüstanda ceyranların populyasiyasının bərpası üzrə layihə uğurla davam etdirilir.
Sahibkartv xəbər verir ki, bu barədə Gürcüstanın Mühafizə olunan Ərazilər üzrə Agentliyindən bildirilib.
Məlumata əsasən, hazırda ceyranların sayı 150-yə çatıb.
Agentlikdən qeyd olunub ki, ceyran 1960-cı illərə qədər Gürcüstanda kifayət qədər geniş yayılsa da, urbanizasiya və brakonyerlik səbəbindən tükənib. 2013-cü ildə ceyranların populyasiyasının bərpası üzrə layihəyə start verilib. Azərbaycanın Şirvan Milli Parkından gətirilən 10 ceyran Samux vadisinə buraxılıb və onların populyasiyasının bərpası gürcü ekoloqlarının əsas prioritetlərindən birinə çevrilib.
Layihə Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşəbbüsü, KfW bankının maliyyə dəstəyi və Azərbaycan hökumətinin fəal iştirakı ilə həyata keçirilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.