14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
Noyabrın əvvəlindən etibarən Azərbaycanda dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi fəaliyyətə başlayıb. Artıq fermerlər və aqrar sahədə çalışan iş adamları öz təsərrüfatlarını – əkin sahələrini, heyvanları və balıqları sığortalaya bilərlər.
Sahibkartv xəbər verir ki, Aqrar Sığorta Fondu (ASF) əkin sahələri və bitki məhsullarının sığortalanması ilə bağlı detalları təsərrüfat sahiblərinin diqqətinə çatdırır.
Aqrar sığorta ilə hansı bitkilər və məhsullar sığortalanacaq?
Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı qərarına əsasən, Azərbaycanda Aqrar Sığorta ilkin mərhələdə 14 adda bitkiçilik məhsullarını əhatə edəcək. Onlar aşağıdakılardır: (1) buğda; (2) arpa; (3) qarğıdalı; (4) kartof; (5) şəkər çuğunduru; (6) portağal; (7) limon; (8) naringi; (9) çay; (10) çəltik; (11) tütün; (12) üzüm; (13) fındıq; (14) pambıq.
Aqrar sığorta bitkiçilik məhsullarının bu hissələrini sığortalayır:
taxıllar, paxlalılar və yağlı bitkilərdə – dən, lifli bitkilərdə – lif; əsas məhsulu kök və dibində olan bitkilərdə - kök və dib; əsas məhsulu yarpaq olan bitkilərdə - yarpaq; meyvəsi yeyilən bitkilərdə - meyvə; yem bitkilərində - bütün yaşıl hissə.
Başqa sözlə, yuxarıda sadalanan 14 bitkinin əkini və becərilməsi ilə məşğul olan fermerlər öz əkin sahələrini sığortalaya bilərlər. Gələcəkdə sığortalanan bitkilərin siyahısının daha da genişlənməsi gözlənilir.
Aqrar sığorta bitkiləri hansı risklərdən sığortalayır?
Bitkilərin sığortalanmasında aqrar sığortanın əhatə etdiyi risklər Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb. Həmin qərara əsasən, aqrar sığorta bitkiləri aşağıdakı risklərdən sığortalayacaq:
- dolu;
- yanğın;
- zəlzələ;
- torpaq sürüşməsi;
- qasırğa;
- fırtına;
- üçüncü şəxslərin hərəkətləri.
Bu siyahıda göstərilən riskləri, bitkilərin sığortalanması üçün «baza paketi» saymaq olar. Qaydalara görə, əlavə ödəniş etməklə bitkiləri və məhsulları bir sıra əlavə risklərdən də sığortalamaq olar.
Əlavə sığorta haqqı ilə hansı risklər sığortalanır
Əlavə sığorta haqqı ödəməklə portağal, limon, naringi və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər. Keyfiyyət itkisi nədir? Məsələ bundadır ki, dolu - əkin sahələri və bitkiləri məhv etməklə yanaşı, onun keyfiyyətini də korlayır. Məsələn, dolu meyvənin səthini zədələyir və onun əmtəə görünüşünü pisləşdirir. Nəticədə belə meyvələrin satış qiyməti aşağı düşür və fermer zərərlə üzləşir.
Bundan başqa, əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər. Yəni əlavə ödənişlə taxılın təkcə dəni hissəsini deyil, samanını da sığortalamaq olar. Amma burada limit var – bu təminat üzrə sığorta məbləği bitkinin dən hissəsi üzrə sığorta məbləğinin 40 %-dən çox ola bilməz.
Nəhayət, əlavə sığorta haqqı ödəməklə, bitki xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması riskləri nəticəsində yaranan miqdar itkisinə də təminat verilə bilər.
Hansı hallarda kənd təsərrüfatı bitkiləri sığortalanacaq?
Kənd təsərrüfatı bitkilərinin sığortası ilə heyvanların sığortası arasında mühüm fərq var. Heyvanları ilin istənilən vaxtı sığortalamaq mümkündür. Bitkilərin sığortalanması üçün isə müraciət ilin müəyyən dövrlərində edilə bilər. Qaydalara görə, sığorta ilə bağlı müraciət - məhsullara, risklərə və coğrafi ərazilərə görə aqrar sığorta məhsulunun şərtlərində müəyyən edilmiş və Fondun rəsmi internet səhifəsində dərc edilmiş tarixlər ərzində etməlidir.
Digər mühüm şərt – əkin sahəsinin və bitkiçilik məhsulları ilə bağlı məlumatların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməsidir. Yalnız bu sistemdə qeydiyyatdan keçən fermerlər sığorta üçün müraciət edə bilərlər. Bu zaman təqdim edilən məlumatların doğruluğu həmin gün ərzində vasitəçi aqrar sığortaçı tərəfindən EKTİS-də olan məlumatlarla müqayisə edilərək yoxlanılır.
Bundan başqa, bitki və ya əkin sahəsinin sahibi sığortalanmış predmetlərə dair aqrotexniki, bioloji, kimyəvi və bitkinin yetişdirilməsi, mühafizəsi ilə bağlı tədbirləri vaxtında həyata keçirməlidir.
Sığorta müqaviləsi necə bağlanacaq?
Fermerlər və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı bitkilərini və əkin sahələrini sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və Aqrar sığorta sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinə müraciət etməlidirlər. Bunlar - «Paşa Sığorta» ASC, «Qala Sığorta» ASC, «Meqa Sığorta» ASC, «Azərbaycan Sənaye Sığorta» ASC, «Xalq Sığorta» ASC, «AZSIĞORTA» ASC, «Bakı Sığorta» ASC şirkətləridir.
Fermerin müraciəti və təqdim etdiyi sənədlər idarəedici quruma – «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-yə yönəldilir. İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edilmiş sənədlər və məlumatları araşdırır. Bu məlumatlar əsasında müqavilənin bağlanmasına ilkin razılıq verdiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə, yəni əkin sahəsinə baxış keçirilir.
Müstəqil ekspert baxışın nəticələri ilə bağlı öz rəyini İdarəedici quruma təqdim edir. Şirkətin məsul əməkdaşı göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.
Sığorta məbləği necə müəyyən olunur?
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə sığorta məbləği - bitkinin əkildiyi ərazinin sahəsi, gözlənilən məhsulun miqdarı və qiyməti nəzərə alınaraq hesablanır.
Əgər söhbət tingdən (şitil) gedirsə, sığorta məbləği həmin tingin bazar qiyməti əsasında hesablanır.
Sığortalanan bitki ağac və ya koldursa, onun təminatı üzrə sığorta məbləği gözlənilən məhsulun miqdarının üç misli nəzərə alınaraq hesablanır.
Sığorta haqqı nə qədərdir?
Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Aqrar sığorta Qaydaları»na əsasən, kənd təsərrüfatı bitkilərinin sığortası zamanı sığorta tarifinin dərəcəsi bitkilərin növlərindən və risklərin kateqoriyalarından asılı olaraq fərqlənir. Ümumilikdə bitkilərin sığortalanması üçün sığorta tarifləri məhsulun dəyərinin 0,3-30 %-i arasında dəyişir. Belə ki, buğda, arpa, çəltik, dən məqsədilə yetişdirilən qarğıdalı - 0,7-10 %; pambıq - 1-10 %; 51 şəkər çuğunduru və kartof - 0,5-10 %; tütün və çay - 0,3-10 %; yemlik qarğıdalı (silos) - 0,3-5 %; portağal, limon, naringi, üzüm, fındıq - 0,5-30 % tarif dərəcəsi ilə sığortalanır.
Sığorta haqqı necə ödənilir?
Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmində ən mühüm məqam, dövlətin sığorta haqqının ödənişi zamanı fermerlərə dəstək verməsidir. «Aqrar Sığorta haqqında» qanuna əsasən, Azərbaycanda aqrar sığorta haqqının yarısı dövlət büdcəsi hesabına ödəniləcək. Digər hissə isə fermerlər tərəfindən hissə-hissə ödənilə bilər.
Hər bir halda sığortalı tərəfindən ödənilməli olan sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir.
Sığorta hadisəsi olduqda ödəniş necə həyata keçirilir?
Qaydalara əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi nəticəsində bağlanılan müqavilələrdə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.
Aqrar sığorta ilə sığortalanmış bitkilərə sığorta hadisəsi nəticəsində zərər dəyərsə, sığortalı 24saat ərzində hadisə barədə vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
Sığorta hadisəsi zamanı dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.
Bölməyə aid digər xəbərlər