Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Danimarkada ildə 15 dəfə məhsul verəcək “şaquli tarla” yaradılıb

Baxış: 361
Danimarkanın paytaxt bölgəsində yerləşən Taastrup şəhərində 14 mərtəbəli torpaqsız “şaquli tarla” əkinçilik təşəbbüsü “Nordic Harvest”in məhsullarının təqdimatı olub.
Sahibkartv xarici mətbuata istinadən xəbər verir ki, “şaquli tarla”dan ildə 15 dəfə məhsul götürülücək.
Qeyd edək ki, Anders Riemann tərəfindən 7min kvadratmetr ərazidə qurulan və təxminən 7ildən sonra məhsullarını bazarlarda nümayiş etdirməyə hazırlaşan “Nordic Harvest”in məhsulları pestisid və həşarat dərmanı istifadə etmədən istehsal olunur. Burada normal tarla ilə müqayisədə təxminən 95 % suya qənaət olunacaq.
Belə ki, böyük qida və iaşə şirkətləri tərəfindən sifariş edilən şirkətin məhsulları gələn ilin ilk rübündə supermarketlərdə də satılmağa başlanılacaq. Ölkədə aparılan rəy sorğularına görə, danimarkalıların 14 %-i şaquli kənd təsərrüfatı məhsullarını təhlükəli görür, 24 %-i isə bu məhsulları istehlak etməyə hazır olduqlarını bildiriblər.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.